Bakı. Trend:
İspaniya Superkubokunun yarımfinal mərhələsinin tarixi və oyun
cədvəli müəyyənləşib.
Trend-in
məlumatına görə, qarşılaşmalar yenidən Səudiyyə Ərəbistanının Ciddə
şəhərində keçiriləcək.
7 yanvar 2026-cı ildə “Barselona” ilə “Atletik Bilbao”, 8
yanvarda isə “Atletiko Madrid” ilə “Real Madrid” üz-üzə gələcək.
Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Turnirin final oyunu yanvarın 11-də, bazar günü “Alinma”
stadionunda baş tutacaq və o da saat 22:00-da başlayacaq.

