Bitkoinin qiyməti kəskin artıb

Baş səhifə

Bakı. Trend:

Bitkoinin qiyməti ilk dəfə olaraq 126 000 dollardan yuxarı
qalxaraq yeni tarixi maksimuma çatıb.

Trend bu barədə “Binance” birjasının məlumatlarına istinadən xəbər verir.




Məlumata görə, oktyabrın əvvəlindən kriptovalyutanın qiyməti 10%
artıb.

Hazırda Bitkoinin bazar kapitallaşması 2 506.03 milyard dollar
təşkil edir.