ABŞ Pentaqonda media üçün təhlükəsizlik qaydalarını sərtləşdirir

Baş səhifə

Bakı. Trend:

ABŞ Müharibə Nazirliyi Pentaqonda media işçiləri üçün qaydaları
sərtləşdirir və sızmaların qarşısını almağa çalışır.

Trend xəbər verir
ki, bu barədə müdafiə naziri Pit Heqset məlumat verib. O bildirib
ki, departament əməkdaşları ilə bağlı məlumat sızmasının qarşısını
almaq üçün “bütün zəruri vasitələrdən” istifadə olunacaq.




Heqset əlavə edib:
“Biz Pentaqonda aydın qaydalar müəyyən edirik. Binanın ətrafında
sadəcə icazəsi olan şəxslər dolaşa biləcək. Əvvəl Pentaqonun
siyasəti belə idi: Pentaqonun müxbiri olsaydınız, nişansız və ya
müşayiətçi olmadan binanın ətrafında gəzə, ofislərə daxil ola və
hər kəslə danışa bilərdiniz.

İndi biz Ağ Evdəki qaydalara oxşar tənzimləmələr tətbiq edirik.
Siz yalnız brifinq zonasında ola bilərsiniz; binanın ətrafında
hərəkət edərkən isə nişanınız olmalı və müşayiət
edilməlisiniz”.