
Bakı.Trend:
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları
ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan Trend-ə verilən məlumata görə, işğaldan azad edilən
ərazilərdə sentyabr ayı ərzində 118 tank əleyhinə mina, 522 piyada
əleyhinə mina, 5286 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və
zərərsizləşdirilib, 5622.9 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib.


