Bakı. Trend:
Nigeriyanın cənub-şərqində yerləşən Benue vilayətinin Ago
qəsəbəsində iki patrul avtomobilinə hücum nəticəsində 11
təhlükəsizlik əməkdaşı həlak olub.
Trend xəbər verir
ki, hücumun təşkilində silahlı çobanlar və yerli silahlı dəstələrin
əli olduğu ehtimal edilir. Silahlılar patrula məxsus iki nəqliyyat
vasitəsini yandırıblar.
Qeyd olunur ki, Benue vilayəti vaxtaşırı silahlı hücumlara məruz
qalır. İyunda baş vermiş basqınlar nəticəsində azı 500 min nəfər
evlərindən didərgin düşmüşdü.

