Neftçalada dəhşətli qəza: İki nəfər öldü, yaralananlar var – VİDEO

Cəmiyyət


Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford Transit” markalı maşınla KIA markalı avtomobil toqquşub.

Qəza nəticəsində Cəlilabad rayon sakinləri – 1995-ci il təvəllüdlü İslam Fərhadov və 1998-ci il təvəllüdlü Vahid Yağnəliyev hadisə yerində ölüblər.

Neftçala rayon sakinləri – 1957-ci il təvəllüdlü Loğman Bayramov, 1982-ci il təvəllüdlü Habil Əliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir