Ağstafada iki piyadanı maşın vurub

Cəmiyyət


Ağstafada piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Aqilə Qasımzadəni və 1992-ci il təvəllüdlü Nəcmiyə Sədizadəni vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir