Qalada azyaşlını avtomobil vurub

Cəmiyyət


Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Mələk Mehman qızı Həmzətlini vurub.

Yaralı azyaşlı ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir