Dənizkənarı Milli Parkda dekorativ ağaca zərər vuran qadın saxlanıldı – VİDEO

Cəmiyyət


Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.

O, izahatında törətdiyi əməli etiraf edib.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

 

www.RESMIXEBER.az