Mingəçevirdə azyaşlını skuter vurdu

Cəmiyyət


Mingəçevirdə azyaşlı qızı skuter vurub.

resmixeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Rövşən Tağıyev məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin “Sahil parkı” adlanan ərazisində qeydə alınıb.

Parkda skuter sürən uşaqlardan biri, 8 yaşlı Leyla Kazımovaya çırpılıb.

Hadisə nəticəsində azyaşlı baş nahiyəsindən xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir