Qarabağa qayıdan məcburi köçkünlərin evləri Dövlət Komitəsinə təhvil verilir – RƏSMİ

Cəmiyyət


“Dövlət fondundan müvəqqəti yaşayış üçün mənzil və ya fərdi evlə təmin olunmuş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdanda mənzillərini Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə təhvil verirlər”.

Bunu Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti Departamentinin rəhbəri İbrahim Mirzəyev deyib.

O bildirib ki, komitəyə təhvil verilən mənzillər ehtiyacı olan məcburi köçkün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına növbəlilik əsasında verilir.

Aytac Qasımova

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir