İsveçli səyyah: “Qarabağın təbiəti heyrətamizdir”

Cəmiyyət


“Qarabağın heyrətamiz təbiəti var, bu yerlər məftunedici gözəlliyə malikdir”.

“resmixeber.az”un Qarabağa ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edən isveçli səyyah Sonya Nilen jurnalistlərə açıqlamasında deyib.

“Mənim 87 yaşım var, amma imkan olsa, növbəti onillikdə bu yerlərin necə dəyişdiyini görmək üçün 10 ildən sonra buraya yenidən gəlmək istərdim”, – o bildirib.

S.Nilen azərbaycanlıların işğaldan azad edilmiş əraziləri hansı istəklə bərpa etdiklərinə, bu işdə nə qədər səy və əzm göstərdiklərinə heyran olduğunu söyləyib.

“Buranın insanları çox mehribandırlar”, – 70-dən çox ölkəyə səfər etmiş səyyah bildirib.

“Buradakı dağların təbiəti fantastik gözəlliyə malikdir və müəyyən qədər Qırğızıstan təbiətini xatırladır”, – S.Nilen əlavə edib.

İşğaldan azad edilmiş ərazilərdəki mina probleminə də toxunan səyyah Səudiyyə Ərəbistanı-Misir sərhədində oxşar mina sahələrinə rast gəldiyini söyləyib.

Xatırladaq ki, “Club 100”ün İdarə Heyətinin üzvü Bengt Hildebrandın rəhbərlik etdiyi səyyahlar qrupu Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub.

Bu gün başa çatacaq üçgünlük səfər çərçivəsində səyyahlar Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarına baş çəkiblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir