ABŞ: “Azərbaycan və Ermənistan arasında sülh sazişi məsələsi ilə fəal məşğul olmağa davam edəcəyik”

Siyasət


“ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh sazişi məsələsi ilə fəal məşğul olmağa davam edəcək”.

resmixeber.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib.

“Biz irəliyə doğru aydın bir yol olduğuna inanırıq. Təbii ki, mayın əvvəlində bu iki ölkənin rəsmilərini qonaq etməkdən məmnun olduq. Hesab edirik ki, danışıqlar səmərəli olub və Brüsseldə başlanmış danışıqların davam etdirilməsi üçün zəmin yaradıb, biz də bu prosesin inkişafı üçün şərait yaradacağıq”, – deyə o bildirib.

Bundan əlavə, Patel bildirib ki, ABŞ (mayın əvvəlində Vaşinqtonda danışıqlar zamanı dövlət katibi Blinkenlə müzakirə edildiyi kimi) hər iki ölkənin liderlərini ayın 14-də Brüsseldə görüşəcəkləri zaman qoşunlarını sərhəddən geri çəkməyə razılıq verməyə çağırır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir