Biləsuvarda motosiklet ağaca çırpıldı, ölən var

Cəmiyyət


Biləsuvarda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü Əsgərzadə Dadaş Bəhlul oğlu idarə etdiyi motosikleti ağaca çırpıb. O, ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az