İranda yaşayış binasında partlayış olub.
Bu barədə “Azad İran” “Telegram” kanalı görüntülər yayıb.
Bildirilir ki, Zahedan şəhərinin Əmir əl-Möminin küçəsində yerləşən yaşayış binası partlayış nəticəsində uçub.
Məlumata görə, qaz sızması nəticəsində yaranan partlayışın dalğası təxminən 500 metr məsafədə yaşayış binalarını silkələyib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.
www.RESMIXEBER.az