Yevlaxda bir ailənin üç üzvü bıçaqlanıb

Kriminal

Yevlax rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.

resmixeber.az-nın məlumatına görə, rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.

Onlar xəstəxanaya yerləşdirilib. Ümid Bağırovun vəziyyəti ağır, digərlərinin durumu orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Səbuhi Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir