Mələyin heykəli onu kilsədən oğurlayan şəxsdən dərhal “qisasını aldı” – FOTO

DIN

Meksikada baş verən qəribə hadisə sosial mediada böyük müzakirələrə səbəb olub. Belə ki, kilsədən oğurluq etmək istəyən kişi elə oradaca “cəzalanıb”: Kilsənin himayəçisi hesab olunan mələk heykəlinin qılıncı ilə boynundan yaralanıb.

Hadisə Monterrey şəhərində baş verib.

Karlos Alonso ibadət ocağından Müqəddəs Arxangel Mixailin heykəlini oğurlamaq istəyib. O, heykəllə kilsədən çıxmaq istəyərkən ayağı sürüşüb və heykəlin əlindəki qılıncının üstünə düşüb.

Boynundan ciddi şəkildə yaralanan kişini yoldan keçənlər görüb və həkim çağırıblar.

Kişi ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb, həkimlər onun həyatını xilas edə biliblər.

Ancaq Alonsonu sağaldıqdan sonra oğurluğa cəhdə görə məhkəmə gözləyir.

Arxangel Mixaelin heykəli isə zədələnməyib.

Mənbə: Faithon View

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir