ABŞ Belarus deputatlarına viza verməyəcək

Dünya

ABŞ hakimiyyəti Belarusda “demokratiyaya zərbə vurmaqda” ittiham olunana 25 nəfərə viza məhdudiyyəti tətbiq edib.

Bu barədə çərşənbə axşamı dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.

Onun sözlərinə görə, respublikanın hakimiyyət orqanları “belarus xalqını və onun demokratik istəklərini boğmaqda davam edir”.

Sənədə görə, “bu insan haqları pozuntularına cavab olaraq, Dövlət Departamenti ölkədə demokratiyanın boğulmasında iştirak etdikləri üçün 25 nəfərə viza məhdudiyyəti elan edir”.

Adıçəkilən şəxslərin siyahısı açıqlanmır. Blinken onların tərkibində Belarus Respublikası Milli Assambleyasının (parlamentinin) üzvlərinin olduğunu da qeyd edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir