Bakıda ikimərtəbəli evdə yanğın olub

Cəmiyyət

Bakıda ikimərtəbəli evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 600 kvadratmetr (hər mərtəbəsi 300 kvadratmetr) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində sahəsi 30 kvadratmetr olan bir otaqda lambirdən ibarət tavan 10 kvadratmetr sahədə və 1 ədəd divan yanıb.

Yüksək temperaturdan evin dam örtüyünün taxta atmaları 5 kvadratmetr sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir