Bütün bədəni yanan Zeynəbin anası: “Balama görə başqa çarəm yoxdur” – FOTO

Cəmiyyət

Ehtiyatsızlıqdan bütün bədəni yanan Zeynəbin yardıma ehtiyacı var. 

Bu barədə resmixeber.az-a onun anası Könül Hacıyeva məlumat verib.

O bildirib ki, 2016-cı il təvəllüdlü övladı Zeynəb Ağahüseynova dəfələrlə əməliyyat keçirib.

“Hadisə 2022-ci ilin iyul ayında baş verib. O dövrdən bura Zeynəb dəfələrlə əməliyyat edilib. Hazırda isə müalicə alır. Amma müalicəni davam etdirmək üçün imkanımız çatmır. Özüm xadimə işləyirəm, inanın ki, qazandığım pulla Zeynəbin müalicəsini çatdırmağım mümkün deyil. Bu ay Zeynəbə yazılan dərmanlar 428 manat, bərpası üçün fizioterapiya isə 400 manat edib, amma bunu etməyə imkanım yoxdur. Yardımsevər insanlardan balama yenə kömək etməklərini xahiş edirəm. İnanın ki, bunu deməyə utanıram, amma balama görə başqa çarəm yoxdur”.

Ailə ilə əlaqə: 050 874 66 28

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir