Aİ-nin Rusiya ilə bağlı sanksiyalar siyahısına 3100 fiziki və hüquqi şəxs daxil edilib

Baş səhifə

21-ci sanksiyalar paketinin qəbul olunması ilə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısına daxil etdiyi fiziki və hüquqi şəxslərin sayı 3100-ə çatıb.

APA xəbər verir ki, bu, Aİ-nin sanksiya praktikasında ən yüksək göstəricidir.

Bu barədə Aİ Şurasının Avropa Birliyinin Rəsmi Jurnalında dərc olunmuş bəyanatında bildirilib.

Sanksiya siyahısına 48 fərd və 168 təşkilat əlavə edilib.