
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatının 1/4 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
Metbuat.az xəbər verir ki, təcrübəli hücumçu məğlubiyyətə baxmayaraq əlindən gələni etdiyini, vicdanının rahat olduğunu və milli komandada qazandığı uğurlarla fəxr etdiyini bildirib. Ronaldo qeyd edib ki, Portuqaliya ilə üç titul qazanıb və onun üçün ən böyük uğur 2016-cı ildə əldə edilən Avropa çempionluğudur. O, bu kubokun dəyərinin Dünya Çempionatı ilə eyni olduğunu vurğulayıb.
“Portuqaliya ilə üç titul qazandım. Məndən əvvəl sıfır titul var idi. Mən yalnız xoşbəxt ola bilərəm. EURO-2016 isə mənim üçün Dünya Çempionatı ilə eyni dəyərə malikdir”, – deyə Ronaldo bildirib.

