Dünyada bitkilər bu tarixdə məhv ola bilər

Baş səhifə

Yer üzündə bitki həyatının sonu ilə bağlı proqnoz açıqlanıb.

Metbuat.az xəbər verir ki, alimlər Yer kürəsinin növbəti 2 milyard ildə necə dəyişəcəyini simulyasiya ediblər. “Journal of Geophysical Research: Atmospheres” jurnalında dərc olunan araşdırmaya görə, planetdəki son bitki növləri təxminən 1,84 – 1,87 milyard il sonra məhv ola bilər. Alimlər hesab edirlər ki, bu vaxta qədər Günəş təxminən 20 faiz daha parlaq olacaq. Nəticədə ya həddindən artıq istilik, ya da atmosferdə karbon qazının azalması bitkilərin yaşamasını mümkünsüz edəcək. Araşdırmada iki ssenari nəzərdən keçirilib. Birinci ssenaridə karbon qazının sürətlə azalması səbəbindən bitkilər 1,84 milyard il sonra yox olur. İkinci ssenaridə isə karbon qazı sabit qalsa da, Yerin orta temperaturu 65 dərəcə Selsiyə yüksəlir. Bu halda son bitkilərin 1,87 milyard il sonra məhv olacağı bildirilir. Tədqiqatçılar qeyd edirlər ki, bu müddət Yer okeanlarının buxarlanacağı dövrlə demək olar ki, üst-üstə düşür.

Bununla yanaşı, alimlər gələcəkdə bitkilərin təkamülü və ya inkişaf etmiş texnologiyaların bu prosesi ləngidə biləcəyini də istisna etmirlər. Onların fikrincə, yeni uyğunlaşma mexanizmləri və iqlim mühəndisliyi üsulları bitki həyatının ömrünü uzada bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.