
Bakı. Trend:
“MV Hondias” laynerinin ardınca daha bir iri kruiz gəmisində
kütləvi infeksiya yoluxması qeydə alınıb. Belə ki, “Caribbean
Princess” (“Karib şahzadəsi” ) adlı kruiz gəmisində 100-dən çox
insan norovirusa yoluxub.
Trend xəbər verir
ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi
(CDC) məlumat yayıb.
Qurumun məlumatına görə, 102 sərnişin və 13 heyət üzvü daxil
olmaqla ümumilikdə 115 nəfər virusa yoluxub. Laynerin göyərtəsində
ümumilikdə 3 mindən çox sərnişin və 1131 əməkdaş var.
CDC bildirib ki, xəstələr əsasən qusma və güclü ishaldan şikayət
ediblər. Yoluxan şəxslər kayutlarda təcrid olunub, onlardan
tədqiqat aparılması üçün bioloji nümunələr götürülüb.
Layner aprelin 28-də Floridadan yola düşüb və mayın 11-də
Kanaveral limanına çatmalıdır. Kruiz zamanı gəmi Dominikan
Respublikasında və Baham adalarında dayanacaq edir. Limana
qayıtdıqdan sonra layner növbəti reysdən əvvəl tam sanitar
dezinfeksiyadan keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl mart ayında da “Princess Cruises”
şirkətinə məxsus başqa bir laynerdə də analoji hadisə baş vermiş,
həmin vaxt 141 sərnişində və 52 heyət üzvündə norovirus
aşkarlanmışdı.
Norovirus çox yoluxucu bir virusdur və əsasən qusma, ishal,
qarın ağrısı, ürəkbulanma və bəzən hərarətə səbəb olan
mədə-bağırsaq infeksiyası yaradır. Adətən çirklənmiş qida, su,
səthlər və ya yoluxmuş şəxslə təmas vasitəsilə yayılır və əksər
insanlarda xəstəlik 1–3 gün ərzində keçir. Ölümcül hesab
olunmur


