Ağdamda yol qəzasında ölənlərin kimliyi məlum olub (YENİLƏNİB)

Baş səhifə

Ağdam. Trend:

Ağdamda baş verən qəza zamanı ölən və yaralananların kimliyi
məlum olub.

Trend-in yerli
müxbirinin əldə etdiyi məlumata görə, qəza zamanı “VAZ”2107 markalı
avtomobilin sürücüsü Cəsarət Hacıyev və sərnişini Kərimov Surxay
ölüb.

Xəsarət alanlar isə “Opel” sürücüsü Süleymanov Yunis Səfərli
Fuad, Səfərli Elmir, Məmmədova Alimə müxtəlif dərəcəli xəsarətlər
alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

XXX

19:36




Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və
yaralananlar var.

Trend-in yerli
müxbirinin əldə etdiyi məlumata görə, qəza rayonun işğaldan azad
edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ
2107” markalı minik avtomobili qarşıdan gələn “Opel” markalı
avtomobillə toqquşub.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə ağır
xəsarətlər alıb.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadalarının
iki avtomobili və əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.