ABŞ İrana qarşı hərbi əməliyyata 100 milyard dollar xərcləyib – Əraqçi

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin İrana qarşı hərbi kampaniyasının dəyəri 100 milyard
dollara çatıb və bu, Pentaqon rəsmilərinin bildirdiyindən dörd dəfə
çoxdur.

Trend xəbər
verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi
bildirib.

Əraqçi iddia edib ki, Pentaqon yalan danışır:




“İsrail Baş naziri Benyamin Netanyahunun hərəkətləri indiyə
qədər ABŞ-yə 100 milyard dollara başa gəlib – bu, elan ediləndən
dörd dəfə çoxdur”.

Nazir əlavə edib ki, bununla da ABŞ vergi ödəyiciləri üçün
dolayı xərclər daha da yüksəlir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr
Komitəsində keçirilən dinləmələr zamanı Pentaqon rəsmiləri “Epik
Qəzəb” əməliyyatının dəyərini təxminən 25 milyard dollar olaraq
qiymətləndiriblər.