Premyer Liqa: “Şamaxı” “Kəpəz”i məğlub edib

Baş səhifə
Premyer Liqa: Şamaxı Kəpəzi məğlub edib

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Şamaxı” “Kəpəz”i qəbul edib.

Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0.

68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.

Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran “Şamaxı” 8-ci pillədə qərarlaşıb. “Kəpəz” 21 xalla 10-cudur.

Günün ikinci matçında “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək.

Ötən gün “Sumqayıt” “İmişli”ni iki cavabsız qolla üstələyib. “Qəbələ” – “Araz-Naxçıvan” oyununda qalib müəyyənləşməyib – 1:1.