Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud
Pezeşkianla telefon danışığı aparıb və regiondakı vəziyyəti
müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Şahbaz Şərif “X” sosial
şəbəkəsində yazıb.

“Bu axşam Prezident Məsud Pezeşkyanla regional vəziyyətin
inkişafı ilə bağlı səmimi və konstruktiv danışıq apardım.




Mən İranın iştirakını, o cümlədən tarixi danışıqlar üçün
İslamabada yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsini,
eləcə də Tehranda feldmarşal Seyid Asim Munirlə son müzakirələri
təqdir etdim”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, Pakistan davamlı sülhün və regional
sabitliyin təmin edilməsində dürüst və səmimi vasitəçi roluna tam
sadiqdir.