
Bakı. Trend:
Türkiyənin “Qaziantep” komandasının baş məşqçisi Burak Yılmaz
istefa verib.
Trend xəbər verir ki,
mütəxəssis bu qərarı Superliqanın 29-cu turunda “Rizəspor”a 1:2
hesabı ilə məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında
açıqlayıb.
O, klubda tək qaldığını, həmçinin də Superliqa oyunlarını idarə
edən hakimlərin düzgün qərarlar vermədikləri üçün bu addımı
atıb.
“Qaziantep” Burak Yılmazın rəhbərliyi altında bu mövsüm
Superliqada 29 oyunda 34 xal toplayıb və 11-ci pillədə
qərarlaşıb.
B.Yılmaz ötən il də istefa versə də, sonradan vəzifəsinə geri
dönmüşdü.


