Azərbaycanın təkrarsığorta bazarı kiçilib

Baş səhifə

Bakı. Trend:

Təkrarsığortaya ötürülən müqavilələr üzrə hesablanmış
təkrarsığorta haqlarının (TSH) sığorta haqlarında payı aşağı olaraq
qalmaqdadır. 2025-ci il ərzində təkrarsığortaya ötürülən
təkrarsığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 12% (19
milyon manat) azalaraq 135 milyon manat olub.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.




Bildirilib ki, ötürülən təkrarsığorta haqlarının sığorta
haqlarında payı 8.4% təşkil edib.

“Ötürülən təkrarsığorta haqlarının 4.7%-i (6.3 milyon manat)
həyat sığorta sinifləri, 95.3%-i isə (128.8 milyon manat)
qeyrihəyat sığorta siniflərinin payına düşür. Həyat sığorta sahəsi
üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə
yığılmış sığorta haqlarının 0.97%-i, qeyri-həyat sığorta sahəsi
üzrə ötürülən təkrarsığorta haqları isə qeyrihəyat sığorta sahəsi
üzrə yığılmış sığorta haqlarının 15.1%-i təşkil edib”, – məlumatda
qeyd edilib.