İran və ABŞ arasında ekspert səviyyəsində danışıqlar başa çatıb (YENİLƏNİB-3)

Baş səhifə

Bakı. Trend:

İran və ABŞ arasında ekspert səviyyəsində keçirilən danışıqlar
başa çatıb.

Trend İran
mediasına istinadən xəbər verir ki, nümayəndə heyətləri müzakirə
olunan məsələlər üzrə yazılı protokollar mübadiləsi aparırlar.

xxx

19:32

İran və ABŞ arasında ekspertlər səviyyəsində danışıqlar iki
saatdan çoxdur ki, davam edir.

Trend İran mediasına istinadən xəbər verir ki, danışıqlar qısa
fasilədən sonra yenidən bərpa olunub.

Tərəflər arasında dialoqun hələ də davam etdiyi bildirilir.

xxx

17:35




İran və ABŞ arasında müzakirələr ekspertlər səviyyəsinə
keçib.

Trend İran
mediasına istinadən xəbər verir ki, İran heyətinin mütəxəssis
üzvlərinin bir qrupu müzakirələrin keçirildiyi məkana yola
düşüb.

xxx

16:35

Pakistan paytaxtı İran və ABŞ arasında müzakirələr başlanıb.

Bu barədə Trend
İran mediasına istinadən məlumat verib.

Müzakirələrə İran heyətinə İran parlamentinin sədri Məhəmməd
Baqir Qalibaf və ABŞ heyətinə ABŞ-nin vitse-prezidenti Ceyms Devid
Vens başçılıq edir.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davam
edib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflər
arasında iki həftəlik atəşkəs elan olunub.

Xəbər yenilənəcək