
Bakı. Trend:
Milli Basketbol Assosiasiyasının (NBA) beşqat çempionu və ABŞ
milli komandasının keçmiş baş məşqçisi Don Nelson 87 yaşında vəfat
edib.
Bu barədə jurnalist Mark Steyn ailənin bəyanatına istinadən
məlumat yayıb.
“Bazar günü səhər sevimli həyat yoldaşımız, atamız, babamız və
ulu babamız Don Nelson onu sevən ailəsinin əhatəsində sakit şəkildə
dünyasını dəyişdi”, – deyə Steyn Nelson ailəsinin bəyanatını sitat
gətirib.
Nelson basketbolçu kimi “Çikaqo Zephyrs”, “Los-Anceles Leykers”
və “Boston” komandalarında çıxış edib. O, bütün beş çempionluq
titulunu “Boston”un heyətində qazanıb.
Baş məşqçi kimi isə “Milwaukee”, “Golden State”, “New York” və
“Dallas” komandalarında çalışıb. Mütəxəssis üç dəfə NBA-da ilin ən
yaxşı baş məşqçisi seçilib (1983, 1986, 1992).
1994-cü ildə onun rəhbərlik etdiyi ABŞ milli komandası dünya
çempionu olub.
2012-ci ildə D. Nelson Basketbol Şöhrət Zalına daxil edilib.

