Bolqarıstanda silah zavodunda partlayış olub

Baş səhifə

Bakı.Trend:

Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış
baş verib.

Bu barədə BNT yerli hökumətə istinadən xəbər yayıb.

Xəbərə görə, insident EMCO şirkətinə məxsus Tryavna şəhəri
yaxınlığında yerləşən zavodda baş verib. Sözügedən şirkət nüfuzlu
iş adamı Emilian Qebrevə məxsusdur.




2020-ci ildə Bolqarıstan hakimiyyəti Rusiya vətəndaşlarını
2015-ci ildə ona sui-qəsd hazırlamaqda ittiham etmişdi.

Qeyd olunub ki, partlayış nəticəsində heç kim xəsarət almayıb.
300-ə yaxın insanın təxliyə edildiyi bildirilir.