
Bakı. Trend:
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar
vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına
verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər
ödənişlərin yuxarı hədləri müəyyənləşdiriləcək.
Trend-in əldə
etdiyi məlumata görə, bununla bağlı Maliyyə Nazirliyinə müvafiq
tapşırıqlar verilib.
Belə ki, Maliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək
aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə
razılaşdırmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların
büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan
gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların
və digər ödənişlərin yuxarı hədləri ilə bağlı təkliflərini
5 ay müddətində Nazirlər Kabinetinə təqdim
etməlidir.

