Abşeronda yeni yarımstansiya tikiləcək – 4,1 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Abşeron rayonu ərazisində yeri yarımstansiya tikiləcək.

Trend-in
məlumatına görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq
bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, görləcək işlər çərçivəsində Novxanı qəsəbəsi ərazisində
yerləşən mövcud 6/0,4 kV-luq 919 saylı Paylayıcı Qurğunun(PQ)
əvəzinə 35/6 kV-luq yeni yarımstansiyanın tikintisi nəzərdə
tutulur.

“Azərişıq” ASC hazırda sözügedən işlərin icrasını həyata
keçirəcək şirkəti müəyyənləşdirməkdədir.




Məlumata əsasən, yeni yarımstansiyanın tikintisinin 4,1 milyon
manata başa gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,347 milyard
kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib. Bu
göstərici 2025-ci eyni aylarındakı göstərici ilə müqayisədə 237,1
milyon kVt/saat və ya 5,2% azdır.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 4,212 milyard
kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da
2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə 216 milyon
kVt/saat və ya 4,9% azalma deməkdir.

Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-fevral
aylarında 671,6 milyon manat dəyərində məhsul istehsal olunub və
xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və
emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyon
manat təşkil edib.