Bakı. Trend:
Venesuelanın Ansoateqi ştatında şossedə avtobusun aşması
nəticəsində 3 nəfər həlak olub, 39 nəfər yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə ştatın qubernatoru Luis Markano
bildirib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma başlanılıb.
Ansoateqi ştatının administrasiyasının açıqlamasına əsasən,
avtobus texniki nasazlıq səbəbindən aşıb.

