Tokayev öz administrasiyasına yeni şöbə müdiri təyin edib

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev öz
administrasiyasına yeni şöbə müdiri təyin edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Meyirjan Bayğunusov Qazaxıstan Prezident Administrasiyasının
İnvestisiyalar və ticarət şöbəsinin müdiri təyin olunub.

Bundan əvvəl bu vəzifəni Nurlan Baybazarov tuturdu. O, martın
25-də prezidentin iqtisadi məsələlər üzrə köməkçisi təyin
edilib.