
Bakı. Trend:
2025-ci ildə Çexiyada 77,6 min uşaq dünyaya gəlib ki, bu da
qeydə alınan tarixdə ən aşağı göstəricidir.
Trend xəbər verir
ki, bu barədə Çexiya Statistika İdarəsi məlumat yayıb.
2024-cü illə müqayisədə respublikada doğum səviyyəsi 6,7 min
nəfər azalıb.
Agentliyin qeyd etdiyinə görə, ötən il nikahların sayı da 1.900
azalaraq 42.500-ə düşüb. Bu, 2013-cü ildə qeydə alınan 43.500
cütlüyün minimum göstəricisini aşıb və Birinci Dünya Müharibəsindən
bəri ən aşağı səviyyədir.
Çexiya Statistika İdarəsinin məlumatına görə, 2025-ci ildə
ölkədə 21.200 nikah pozulub ki, bu da 2024-cü illə müqayisədə 400
daha çoxdur. Boşanmalar 20.300-dən çox uşağa təsir edib. Ölkədə
ümumilikdə 113.300 nəfər ölüb ki, bu da əsasən qadınlar arasında
1.100 nəfər artım deməkdir.


