Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubu “Barselona”nın
yarımmüdafiəçisi Daniel Olmo ilə maraqlanır.
Trend xəbər verir
ki, klub rəhbərliyi futbolçunun bir neçə oyununu canlı izləsə də,
hələlik rəsmi transfer təklifi irəli sürməyib.
Məlumata görə, Olmo “blauqrana”da özünü xoşbəxt hiss edir və
komandadan ayrılmaq niyyətində deyil. Klub da 27 yaşlı
yarımmüdafiəçini heyətdə saxlamaqda maraqlıdır.
Qeyd edək ki, Daniel Olmo bu mövsüm bütün turnirlərdə 38 oyunda
iştirak edib, 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər
qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun
bazar dəyəri 60 milyon avro təşkil edir.

