Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev
aprelin 1-də Azərbaycana səfərə gəlib.

Trend xəbər verir
ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın
Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və
Mərkəzi Asiya idarəsinin rəisi Gürsel İsmayılzadə və digər rəsmi
şəxslər qarşılayıblar.