
İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei İranın paytaxtı Tehrana endirilən aviazərbə ilə öldürülüb.
“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Mənbələrin məlumatlarına görə, “İranın məhkəmə hakimiyyətinin rəhbərinin Tehranda həlak olması barədə məlumatlar daxil olur”.
Hazırda İran rəhbərliyinin rəsmi nümayəndələri bu məlumatla bağlı hər hansı bəyanatla çıxış etməyiblər.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


