
Bakı. Trend:
İngiltərənin “Tottenhem” futbol klubu baş məşqçi postuna Roberto
De Zerbinin gətirildiyini rəsmən açıqlayıb.
Trend xəbər verir
ki, Premyer Liqa təmsilçisi italiyalı mütəxəssislə razılıq əldə
edildiyini bildirib.
Məlumata görə, tərəflər arasında imzalanan müqavilə 5
illikdir.
Qeyd edək ki, “Tottenhem” ötən həftə xorvatiyalı baş məşqçi İqor
Tudorla yollarını ayırmışdı.


