Bakı. Trend:
Ağdamda bıçaqlanma hadisəsi nəticəsində xəsarət alan qız Bakıya
göndərilib.
Trend-in yerli
müxbirinin məlumatına görə, hadisə zamanı rayon sakini Leyla
Cəfərova müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı üz nahiyəsi və sol əlində kəsilmiş-deşilmiş yaralarla
Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibb müəssisəsində
ona ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub.
Həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə və
müalicə tələb etməsi səbəbindən Leyla Cəfərova paytaxtdakı
ixtisaslaşmış travmatologiya xəstəxanasına göndərilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib
ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli
törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov
saxlanılıb.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi hələlik
məlum deyil. Faktla bağlı araşdırma aparılır.

