Gümüşün qiyməti 75 dolları keçib

Baş səhifə

Bakı. Trend:

COMEX birjasında 2026-cı ilin may ayında çatdırılma üçün gümüş
fyuçerslərinin qiyməti 19 mart 2026-cı ildən bəri ilk dəfə olaraq
troy unsiyası üçün 75 dollardan yuxarı qalxıb.

Trend xəbər verir
ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.




Bakı vaxtı ilə saat 20:41-ə olan məlumata görə, gümüşün qiyməti
troy unsiyası üçün 75,125 dollar təşkil edib ki, bu da 6,46 faiz
artım deməkdir.

Saat 20:46-ya olan göstəricilərə əsasən, fyuçers müqaviləsinin
artımı bir qədər zəifləyib və qiymət unsiya üçün 74,84 dollar
(+6,05 faiz) səviyyəsində qərarlaşıb. Eyni zamanda, 2026-cı ilin
iyun ayında çatdırılma üçün qızıl fyuçersləri troya unsiyası üzrə
4670,7 dollar (+2,48 faiz) olub.