Bu ölkədə kiçik avtomobil ölçüsündə dron hazırlanır

Baş səhifə

Bakı. Trend:

Fransanın avtomobil istehsalçısı olan “Renault” hərbi və mülki
məqsədlərdən ötrü istifadə üçün nəzərdə tutulan dronla bağlı yeni
layihə üzərində işlədiyini açıqlayıb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hazırda inkişaf mərhələsində olan bu prototipin
iyun ayında keçiriləcək “Eurosatory” sərgisində təqdim olunacağı
ehtimal edilir.




Müdafiə sənayesində artan fəallıq fonunda ortaya çıxan bu
təşəbbüs “John Cockerill” şirkəti ilə əməkdaşlıq çərçivəsində
həyata keçirilir. Bu şirkət həm də hərbi nəqliyyat vasitələrinin
istehsalçısı olan “Arquus”un sahibidir.

Şirkətin məlumatına görə, tədqiqat və inkişaf komandaları
müxtəlif variantları, eləcə də yerüstü robotları sınaqdan
keçirirlər. Bu texnologiyaların yalnız hərbi deyil, həm də mülki
sahələrdə tətbiq potensialının olduğu vurğulanır. Layihə hələlik
“eksperimental tədqiqat mərhələsindədir”.