Binəqədidə baş vermiş yanğın tam söndürülüb (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş
yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti
tərəfindən tam söndürülüb.

Trend xəbər verir
ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Yanğın nəticəsində bir dam altında tikilmiş, ümumi sahəsi
3100kv.m. olan anbarın yanar konstruksiyaları 600kv.m. sahədə
yanıb.

Anbarın böyük hissəsi və bitişik yerləşən digər tikililər
yanğından mühafizə olunub.

xxx

13:56

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti
tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri,
Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə
götürülməklə yayılmasının qarşısı alınıb.

Trend xəbər verir
ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və
canlı qüvvə fəaliyyət göstərir.

Əlavə məlumat veriləcək.

xxx

13:25

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti
tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş
vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.




Trend xəbər verir
ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu
yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

xxx

12:31

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verməsi
barədə ilkin məlumat daxil olub.

Trend xəbər verir
ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə dərhal Nazirliyin Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.