Türkiyə millisinin üzvü “Milan”a keçə bilər

Baş səhifə

Bakı. Trend:

Türkiyə millisinin üzvü Emirhan Topçu karyerasını İtaliyada
davam etdirməyə çox yaxındır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Milan” “Beşiktaş”ın müdafiəçisi
üçün hərəkətə keçib.

“Rossonyerlər” 25 yaşlı futbolçu üçün ilkin təklif də irəli
sürüb.




Emirhanın “Beşiktaş”la müqavilə müddəti 2028-ci il iyunun 30-na
qədərdir. “Qara qartallar” onun üçün 5 milyon avro tələb edir.

Topçunun özü də İtaliyaya yollanmağa hazır olduğunu yaxın
ətrafına bildirib. “Beşiktaş”ın üzvü “Rizespor”, “Çelik”(Bosniya və
Herseqovina), “Menemenspor” klublarında da oynayıb.