
Bakı. Trend:
Martın 25-də polis əməkdaşları paytaxt və respublikanın
ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 tüfəng, 1 patron darağı
və 1080 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri ilə martın 25-də ümumi çəkisi 53,8 kiloqrama yaxın
narkotik vasitə və 500 ədəd güclü təsiredici xassəyə malik metadon
həbi aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

