Türkiyənin ilk yerli zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin ilk yerli zirehli SUV avtomobili “TULGA 4×4”ün təhvil
verilməsi işlərinə başlanılıb.

Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, Türkiyənin “BMC” şirkəti tərəfindən müvafiq
layihə çərçivəsində hazırlanan “TULGA 4×4” yoxlama fəaliyyətlərini
və taktiki qabiliyyət sınaqlarını uğurla başa çatdırıb. Daxili
təhlükəsizlik qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılamaq
məqsədilə hazırlanan “TULGA 4×4” zirehli konstruksiyası, ballistik
qoruma səviyyəsi və texnoloji avadanlıqları ilə təhlükəsizlik,
davamlılıq və komfort xüsusiyyətlərə malikdir.




Təxminən 8 ton ağırlığa malik, 5 nəfərlik daşıma qabiliyyəti ilə
xidmət göstərəcək avtomobil müstəqil ikiqatqollu ön və arxa asqı
sistemi, eləcə də disk əyləc avadanlığı sayəsində həm çətin relyef
şəraitində, həm də şəhər daxilində yüksək manevr qabiliyyəti təmin
edir. Dörd silindrli dizel mühərriki ilə işləyən, 250 at gücü təmin
edən avtomobil saatda maksimum 130 kilometr sürətə çata bilir.

Avtomobildə xüsusi dizayn edilmiş altlıq qoruması ballistik
təhdidlərə qarşı yüksək dayanıqlıq təmin edir.