Komor adaları yaxınlığında miqrantları daşıyan gəmi batıb, təxminən 20 nəfər ölüb

Baş səhifə
Komor adaları yaxınlığında miqrantları daşıyan gəmi batıb, təxminən 20 nəfər ölüb

Komor adaları yaxınlığında gəmi qəzası baş verib, nəticədə 17 nəfər ölüb.

“Report” “Habariza Comores”ə istinadən xəbər verir.

İlkin məlumatlara görə, göyərtəsində 51 miqrant olan gəmi gecə saatlarında Nqazica (Qrand-Komor) adasındakı Mitsamiuli yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb.

Mövcud məlumatlara görə, 30 nəfəri xilas etmək mümkün olub, bir neçə nəfər itkin düşmüş hesab olunur.